Azərbaycana elektromobil idxalı 8 dəfə artdı

23:38 - 15 Avqust 2023 - GÜNDƏM

 Azərbaycana elektromobil idxalı 8 dəfə artdı

Bu ilin ilk 7 ayında Azərbaycana 61 milyon 362 min dollar dəyərində 1 492 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

BUTA.TV Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu il idxal edilən elektromobillərin sayı 8 dəfə artıb.

Ötən ilin ilk 7 ayında Azərbaycana 5 milyon 519 min dollar dəyərində 186 ədəd elektromobil idxal edilib.

Car ilin yanvar-iyul aylarında Azərbaycana 186 milyon 544 min dollar dəyərində 8 426 ədəd daxiliyanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol