Ermənilər Atatürkün abidəsinə icazə vermədi

14:28 - 16 Avqust 2023 - GÜNDƏM

 Ermənilər Atatürkün abidəsinə icazə vermədi

Erməni lobbisi Praqada Atatürkün abidəsinin qoyulmasına mane olur.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış məlumat verib.

Səfirin sözlərinə görə, əvvəlcə səfirliyin binasına bitişik parkda Atatürkün heykəlinin qoyulması ilə bağlı razılıq əldə olunmuşdu, lakin son anda Praqa rəhbərliyi “1915-ci il qırğınları”nı əsas gətirərək icazə verməkdən imtina etdilər.

Bağış bildirib ki, Atatürkün heykəlinin qoyulmasına erməni lobbisi, PKK və gülənçilər mane olub.

Səfir məsələnin həlli ilə bağlı işlərin aparıldığını deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol