Göygöldə uçqun altında qalmış şəxsin meyiti tapıldı

14:50 - 16 Avqust 2023 - GÜNDƏM

 Göygöldə uçqun altında qalmış şəxsin meyiti tapıldı

Göygöl şəhərində fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Emin Əlivənd oğlu Cəfərovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə BUTA.TV FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it cəlb olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol