Daha bir ölkə "Barbi" filmini qadağan etdi

17:06 - 16 Avqust 2023 - GÜNDƏM

 Daha bir ölkə

"Barbi" filminin Əlcəzairdə yayımına qadağa qoyulub.

Kult.az xəbər verir ki, bu barədə yerli media məlumat verib.

Məlumata görə, Əlcəzair hökuməti filmdə yer alan bəzi səhnələrin mənəvi dəyərlərlə uzlaşmadığını açıqlayıb. Bu baxımdan "Barbi" filminin homoseksuallığı təbliğ etməsi, dini və mədəni inanclara uyğun gəlməməsi səbəbiylə yayımına məhdudiyyət qoyulub.

Qeyd edək ki, "Barbi" filmi iyulun 21-də nümayiş olunduqdan sonra 1 milyard dollardan çox gəlir əldə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol