Xameneinin nümayəndəsi: İranda məscidlər boşalır...

17:16 - 16 Avqust 2023 - GÜNDƏM

 Xameneinin nümayəndəsi: İranda məscidlər boşalır...

İranın dini lideri Əli Xameneinin Yəzd əyalətindəki nümayəndəsi, Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getməməsindən gileylənib.

BUTA.TV xəbər verir ki, o, məsələ ilə bağlı narahatlığını İran mediasına müsahibəsi zamanı dilə gətirib:

"Virtual aləmdə məscidlərə qarşı təbliğatın artması, vətəndaşların, xüsusilə gənclərin siyasi və ictimai qərargahlarımız sayılan məscidlərə marağının azalmasına, məscidlərin boş qalmasına səbəb olub. Hakimiyyəti bununla bağlı tədbirlər görməyə, gənclərin məscidlərə getməsi üçün stimullaşdırıcı addımlar atmağa çağırıram”, - Nasiri iddia edib.

Qeyd edək ki, bir müddət əvvəl İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını, yeniyetmə və gənclərin dini təhsilə maraq göstərmədiyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol