Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik - Qurbanov

22:48 - 16 Avqust 2023 - GÜNDƏM

 Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik - Qurbanov

Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik.

BUTA.TV-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis var güclərini meydanda qoyacaqlarını bildirib:

"Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda "köhlən atlar" qələbə qazanıb - 2:1.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol