Normallaşma prosesinin akitvləşməsini alqışlayırıq - Fərid Hoca

00:14 - 17 Avqust 2023 - GÜNDƏM

 Normallaşma prosesinin akitvləşməsini alqışlayırıq - Fərid Hoca

Mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayırıq.

BUTA.TV xəbər verir ki, bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Azərbaycan və Ermənistan liderləri 1991-ci il tarixli Almatı bəyannaməsinə sadiqliyini bir daha təsdiqləyiblər. Tərəflərin qonşuların suverenliyi, ərazi bütövlüyünə hörmətin etməsi, mübahisələrin dinc yolla həllinə hazırlıqlı olması çox vacibdir. Hər iki tərəfin kompleksli sülh müqaviləsinə nail olmaq üçün uzunmüddətli danışıqlar planına sadiqliyini alqışlayırıq”, - diplomat vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol