Zalujnı NATO komandanı ilə görüşdü

01:14 - 17 Avqust 2023 - GÜNDƏM

 Zalujnı NATO komandanı ilə görüşdü

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli ilə danışıb.

BUTA.TV xəbər verir ki, bu barədə Valeri Zalujnı Teleqram hesabında məlumat yayıb.

Zalujnının sözlərinə görə, onlar hərbi hissələrin ehtiyaclarını, xüsusilə, silah, sursat, hava hücumundan müdafiə sistemləri, eləcə də uzaqdan minalardan təmizləmə cihazları haqda müzakirələr aparıb:

“Danışılan digər son dərəcə vacib məsələ isə dronlardır. PUA-lara qarşı mübarizə aparmaq və öz imkanlarımızı artırmaq. Biz tərəfdaşlarımızla bu istiqamətdə işimizi cəmləşdirmək barədə razılığa gəldik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol