Putin Türkiyə səfəri gərginliyi azaldacaq?

08:18 - 17 Avqust 2023 - GÜNDƏM

 Putin Türkiyə səfəri gərginliyi azaldacaq?

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə mümkün səfəri təkcə Qara dəniz taxıl sazişinin taleyi üçün yox, həm də Qara dəniz hövzəsində gərginliyin azaldılması üçün vacibdir.

BUTA.TV xəbər verir ki, bu sözləri türkiyəli siyasi şərhçi Hüseyn Bağcı deyib.

“Bu səfər hər iki lider üçün son dərəcə əhəmiyyətlidir. İlk növbədə Rusiya prezidenti sözügedən problemlə bağlı mövqeyini Türkiyə vasitəsilə Qərbə və Asiyaya çatdıra bilər. Digər tərəfdən, unutmaq olmaz ki, Qara dənizdə son günlər siyasi və hərbi baxımdan vəziyyət gərginləşir. Əgər Ukraynada yaxın gələcəkdə atəşkəs təmin olunmasa, kiçik bir qığılcım belə burada ciddi münaqişəyə səbəb ola bilər”, - Bağcı bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol