Zelenski bütün hərbi komissarları işdən qovdu – Fərman

17:42 - 17 Avqust 2023 - GÜNDƏM

 Zelenski bütün hərbi komissarları işdən qovdu – Fərman

Ukrayna Prezidenti Vladimir Zelenski korrupsiya yoxlamasının nəticələrinə əsasən, bütün regional hərbi komissarların vəzifədən azad edilməsi haqqında fərman imzalayıb.

Axara.z xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.

Bununla da Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 11 avqust qərarını təsdiqləmiş olub.

Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski Bütün regional hərbi komissarları işdən çıxarılacaqlarını bəyan etmişdi. Prezident bu vəzifələrə döyüşlərdə iştirak etmiş şəxslərin təyin olunmasını tapşırmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol