Mustafayev Rusiya səfirinə başsağlığı verdi

18:20 - 17 Avqust 2023 - GÜNDƏM

 Mustafayev Rusiya səfirinə başsağlığı verdi

Avqustun 17-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya səfirliyində olub və Azərbaycan hökuməti adından Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı kitabına ürək sözlərini yazıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova da başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol