Ərdoğanın səsi ilə dələduzluq edən şəxs yaxalandı

18:30 - 17 Avqust 2023 - GÜNDƏM

 Ərdoğanın səsi ilə dələduzluq edən şəxs yaxalandı

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstehbarat Təşkilatı) prezident Rəcəb Tayyib Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamları, yüksək vəzifəli şəxslərə qarşı dələduzluq əməli törətməyə çalışan şəxsi yaxalayıb.

BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində əcnəbi şəxslərin adından istifadə edərək əldə etdiyi 10-dan çox fərqli GSM xətti ilə müxtəlif şəxslərə zəng edən şəxsin yeri və kimliyi müəyyən edilib.

Hüquq-mühafizə orqanları bu kimi kibercinayətkarlığa qarşı vətəndaşları ayıq-sayıq olmağa çağırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol