Şovidə sürüşmə: ölənlərin sayı 27-yə çatdı

19:14 - 17 Avqust 2023 - GÜNDƏM

 Şovidə sürüşmə: ölənlərin sayı 27-yə çatdı

Gürcüstanın Şovi rayonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

BUTA.TV xəbər verir ki, xilasedicilər Şovi yüksək dağ kurortunda (Raça-Leçxumi bölgəsi - Kvemo Svaneti) təbii fəlakət zonasında daha bir nəfərin meyitini tapıb, bununla da qurbanların sayı 27-yə çatıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi daha 6 nəfərin meyitinin axtarışlarının davam etdiyini bildirib.

Şovi dağ kurortunda baş verən sürüşmənin 14-cü günündə çay yatağında ağır texnikadan istifadə edilməklə axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, avqustun 3-də Şovi dağ kurortunda sürüşmə baş verib. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol