“Rusiya əsgəri türk gəmisi Şükrü Okana basqın etdi, Türkiyə hökuməti reaksiya vermədi” kimi iddialar manipulyasiyadır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.
“Mətbuatda yayılan və rus əsgərlərinin Şükrü Okan adlı gəmiyə müdaxilə etdiyi yer Türkiyənin ərazi suları deyil, beynəlxalq sulardır.
Şükür Okan adlı gəminin sahibi türk olsa da, Türkiyə bayrağı altında üzən gəmi deyil. Beynəlxalq hüquqda gəminin adı və ya heyətindən əlavə önəmli olan “bayraq dövləti”dir. Bütün bunlara rəğmən gəmiyə edilən müdaxilədən sonra Rusiyadakı həmkarlar Qara dənizdə gərginliyi artıracaq cəhdlərdən uzaq durmaları üçün münasib formada xəbərdarlıq edilib”, - deyə bildirilib.
Xatırladaq ki, avqustun 13-də Rusiya hərbi gəmisi Qara dənizdə “Şükrü Okan” yük gəmisini dayandırmağa məcbur etmək üçün ona xəbərdarlıq atəşi açıb. Bundan sonra rus hərbçiləri gəmiyə enərək axtarış aparıblar. Buna səbəb gəminin Ukrayna limanına üz tutması olub.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan