“Neftçi”nin öz çempionatında getdikcə daha yaxşı olacağını düşünürəm.
BUTA.TV-ın məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
71 yaşlı mütəxəssis komandasının Avropa arenasında yoluna davam etməsinə sevindiyini bildirib:
“İlk oyunun revanşında məğlubiyyəti qələbəyə çevirdik. “Neftçi” yaxşı komandadır. Mövsümün əvvəli olduğu üçün komandalar istənilən formada ola bilir. Bakıda ilk 75 dəqiqədə üstün idik, sonra nəzarəti rəqibə verdik. Burada da nəzarət bizdə olsa da, hücumda effektli deyildik. “Neftçi”nin hücumunda isə qol buraxdıq. İkinci hissədə dominant olan tərəf biz idik. “Neftçi”nin orta sahə və hücum xətti icazə verildiyi zaman yaxşı oynayır, texnikalı futbolçulardır. Bu gün üstün olmağımızı normal qarşılayıram. Çünki aradan səviyyə fərqi var.
Qeyd edək ki, komandalar arasında Bakıda gerçəkləşən ilk görüşdə “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan