AB-dən açıqlama: Qaz anbarlarımızı doldurduq...

14:32 - 18 Avqust 2023 - GÜNDƏM

 AB-dən açıqlama: Qaz anbarlarımızı doldurduq...

Avropa Birliyi öz qaz anbarlarını qrafikdən əvvəl doldurub, artıq region qarşıdan gələn qışa hazırdır.

BUTA.TV xəbər verir ki, bunu AB-nin energetika üzrə komissarı Kadri Simson “Politiko” nəşrinə açıqlamasında deyib.

“Qaz anbarlarının vaxtından əvvəl doldurulması ilə bağlı tələbi yerinə yetirdiyimizin təsdiqlənməsi AB-nin qışa yaxşı hazır olduğunu göstərir və bu, yaxın aylarda bazarları daha da sabitləşdirməyə kömək edəcək”, - Simson bildirib.

Nəşrin məlumatına görə, avqustun 17-də AB ölkələrində yanacaq ehtiyatlarıın həcmi tarixi maksimuma çatıb:

“Lakin energetika sahəsidəki uğurlar Avropada qazın qiymətinin ucuzlaşmasına gətirib çıxarmayıb. Yanacağın qiyməti hələ də müharibədən əvvəlki dövrdən bahadır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol