Putin Lavrova yeni vəzifə tapşırdı

17:38 - 18 Avqust 2023 - GÜNDƏM

 Putin Lavrova yeni vəzifə tapşırdı

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun başçılığı ilə BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək nümayəndə heyətinin tərkibinin təsdiq edilməsi barədə fərman imzalayıb.

BUTA.TV xəbər verir ki, bu barədə fərman hüquqi məlumatlar rəsmi internet-portalında dərc olunub.

Fərmana əsasən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Qriqori Karasin, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski və başqaları daxil ediliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol