Ana həbsdə olan oğluna narkotik aparmaq istədi

20:50 - 18 Avqust 2023 - GÜNDƏM

 Ana həbsdə olan oğluna narkotik aparmaq istədi

Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə BUTA.TV-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Taleh Elçin oğlu Rüstəmova anası Mehparə Əlimuxtar qızı Rüstəmova tərəfindən gətirilmiş sovqatda olan şalvarın cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,201 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol