Sumqayıtda "Hunday" yol kənarındakı obyektə çırpıldı

23:14 - 18 Avqust 2023 - GÜNDƏM

 Sumqayıtda

Sumqayıtda avtomobil yol kənarındakı obyektə çırpılıb, infrastruktura ciddi ziyan dəyib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, Bayramov Niyazim Vahid oğlunun idarə etdiyi "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yolun kənarında olan obyektə, daha sonra isə parka çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol