BMT nümayəndəsi Nigerə səfər etdi

00:52 - 19 Avqust 2023 - GÜNDƏM

 BMT nümayəndəsi Nigerə səfər etdi

BMT baş katibinin xüsusi nümayəndəsi Leonardo Santoş Şimao hərbi nümayəndələrlə ölkədəki böhranın həllini müzakirə etmək üçün Nigerə səfər edib.

BUTA.TV xəbər verir ki, bunu BMT Baş katibinin rəsmisi Stefan Düjarrik deyib.

“Yaxın vaxtlarda cənab Şimao Nigerin paytaxtı Niameydə olacaq. O, Vətənin Müdafiəsi üzrə Milli Şurasının rəhbərləri və digər maraqlı tərəflərlə görüşməyi planlaşdırır. Həmçinin, oradakı vəziyyətin erkən və sülh yolu ilə həlli üçün Qərbi Afrika Ölkələri İqtisadi Birliyi ölkələrinin nümayəndələri və digər şəxslərlə əlaqə saxlayır”, - Düjarrik bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol