Nigerə mümkün müdaxilənin tarixi... – ECOWAS komissarı

15:42 - 19 Avqust 2023 - GÜNDƏM

 Nigerə mümkün müdaxilənin tarixi... – ECOWAS komissarı

Nigerə mümkün müdaxilənin tarixinin dəqiqləşib. Əmr gələn kimi müdaxilə etməyə hazırıq.

BUTA.TV xəbər verir ki, bunu Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) siyasi məsələlər, sülh və təhlükəsizlik üzrə komissarı Abdel-Fatay Musah deyib.

Mümkün müdaxilənin tarixini açıqlamayan ECOWAS rəsmisi əməliyyatın qısamüddətli olacağını və konstitusiya quruluşunu bərpa etmək məqsədi daşıyacağını bildirib:

“Biz Nigerə müharibə elan etmirik. Dialoq yolu hələ də açıqdır. Biz Nigeri hərbi gücdən azad etmək istəyirik ki, hərbçilər diqqətini ölkənin əsas problemi olan terrorizmlə mübarizəyə yönəldə bilsinlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol