"Qəbələ" ardıcıl üçüncü oyunda da uduzdu

20:32 - 19 Avqust 2023 - GÜNDƏM

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir qarşılaşması baş tutub.

BUTA.TV xəbər verir ki, günün ilk görüşündə "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqibindən bir oyun az keçirən "Sumqayıt" ikinci qələbəsini qazanıb. Meydan sahibləri isə hər üç qarşılaşmadan məğlub ayrılıb.

Qeyd edək ki, günün digər görüşündə "Səbail" "Zirə"ni qəbul edəcək. Turun açılış matçında "Turan Tovuz" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. III turun "Qarabağ" - "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları avqustun 20-də olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol