Sumqayıtda məktəb binasında yanğın

00:56 - 20 Avqust 2023 - GÜNDƏM

 Sumqayıtda məktəb binasında yanğın

Sumqayıt şəhərində təmirdə olan orta məktəb binasında yanğın baş verib.

BUTA.TV Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın sahəsi 3600 kvadratmetr olan üçmərtəbəli korpusunun birinci mərtəbəsinin dəhlizində həcmi 25 litr olan boya ilə dolu qab və 2 kvadratmetr sahədə taxta tullantıları yanıb.

Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Məktəb binası yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol