Almaniya Kiyevə hər il 5 milyard ayıra bilər

19:18 - 20 Avqust 2023 - GÜNDƏM

 Almaniya Kiyevə hər il 5 milyard ayıra bilər

Almaniyanın maliyyə naziri Kristian Lindner Berlin hökumətinin “Açıq qapı günləri” çərçivəsində keçirilən müzakirədə Bundestaq deputatlarına Ukraynaya hərbi yardım üçün ildə 5 milyard avro ayırmağı təklif edib.

BUTA.TV xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Nazir Almaniyanın artıq Ukraynaya 22 milyard avro məbləğində yardım etdiyini xatırladıb və qeyd edib ki, bu məbləğə humanitar, eləcə də hərbi yardımlar, həmçinin qaçqınlarla bağlı xərclər daxildir:

"Növbəti illər üçün Bundestaqdakı büdcə qanunvericilərinə hərbi dəstək olaraq plana hər il 5 milyard avro verməyi təklif edirəm".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol