Danimarka da Ukraynaya F-16 qırıcıları verəcək

20:48 - 20 Avqust 2023 - GÜNDƏM

 Danimarka da Ukraynaya F-16 qırıcıları verəcək

Danimarka 19 ədəd F-16 qırıcıcısının Ukraynaya təhvil verilməsi ilə bağlı məlumatı təsdiqləyib.

BUTA.TV xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

“Qırıcılar Ukrayna tərəfindən çoxdan tələb olunur və digər məsələlərlə yanaşı, bu, Ukraynaya öz hava məkanını Rusiyanın qeyri-qanuni təcavüzündən qorumaqda kömək etməlidir”, - nazirlik bildirib.

Bildirilib ki, Danimarka digər ölkələrin də koalisiyaya qoşulması üçün çalışacaq və Ukraynanın azadlıq mübarizəsinə töhfə verəcək.

Qeyd edək ki, Niderland da Ukraynaya 42 ədəd F-16 verəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol