Rusiya qorxaq zərbə endirdi - Borrell

23:10 - 20 Avqust 2023 - GÜNDƏM

 Rusiya qorxaq zərbə endirdi - Borrell

AB-nin xarici və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrell Rusiyanın Çerniqova etdiyi hücuma reaksiya verib.

BUTA.TV xəbər verir ki, o, bu bəyanatı Tvitter səhifəsində yazıb.

O, rus qoşunlarının Çerniqov üzərinə hücumunu “qorxaq zərbə” adlandırıb:

"Rusiyanın Çerniqov şəhərində universitet və teatra qarşı yönəlmiş, ən azı 7 mülki şəxsin, o cümlədən uşaqların ölümünə, çoxlu sayda şəxsin yaralanmasına səbəb olan növbəti qorxaq və məqsədyönlü hücumunu qətiyyətlə pisləyirəm".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol