Zelenski: Heç bir resursumuz yox idi deyə...

23:30 - 20 Avqust 2023 - GÜNDƏM

 Zelenski: Heç bir resursumuz yox idi deyə...

Ukrayna Prezidenti Vladimir Zelenski silahlı qüvvələrin niyə əvvəllər güclü əks-hücum əməliyyatına başlamadığı barədə danışıb.

BUTA.TV xəbər verir ki, onun sözlərinə görə, ukraynalı əsgərlərin hücuma keçmək üçün heç bir resursu yox idi:

“Əgər sizdə zirehli texnika, tank qıtlığı varsa, onda siz sadəcə olaraq insanları itirəcəksiniz. Bir, iki, üç və ya beş kilometr gedəcəksiniz, amma minlərlə insanı itirəcəksiniz. Onlar sadəcə öləcəklər və siz bizə lazım olan məqsədə çata bilməyəcəksiniz. Bu, bizim bütün ərazimizin tamamilə işğaldan azad edilməsidir”.

Zelenski qeyd edib ki, Ukrayna tərəfdaşlarından hərbi yardım gözlədiyi bir vaxtda ruslar əraziləri minalayıb və istehkamlar qurublar:

"Onlar 8 il əvvəl, 2015-2016-cı illərdən başlayaraq Donbas işğalından sonra çoxlu istehkamlar düzəldiblər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol