İlham Əliyev Paraqvay prezidentini təbrik etdi

11:32 - 21 Avqust 2023 - GÜNDƏM

 İlham Əliyev Paraqvay prezidentini təbrik etdi

Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya məktub ünvanlayıb.

BUTA.TV məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol