Hazırda Qarabağdan gedənlərin əksəriyyəti, çox güman ki, müharibədə iştirak edən şəxslərdir. Sülhməramlıların nəzarət etdiyi ərazidə yaşayan erməni separatçılardan hər hansı birinin Azərbaycana qarşı cinayət törətmədiyinə inanmıram.
Bu sözləri BUTA.TV-a politoloq Turab Rzayev Rusiya vətəndaşlığını qəbul etmiş ermənilərin Qarabağı tərk etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin qəti mövqeyi separatçıları aradan çıxmağa məcbur edib:
“Qarabağda yaşayan Rusiya vətəndaşlarının çoxunun əli azərbaycanlı qanına batıb. 44 günlük Vətən müharibəsində təkcə Rusiya deyil, Fransa, Livan, Kanada vətəndaşlarının da bu münaqişədə aktiv iştirakını gördük. Odur ki, bu şəxslər yavaş-yavaş ərazini tərk edir. Gələcəkdə sərhəd keçid-məntəqəsində həbs olunmasınlar deyə, əli Azərbaycan əsgərinin qanına batan şəxslər Rusiyanın köməyi ilə oradan çıxarılır”.
Politoloq bildirib ki, Azərbaycanın separatçılara qarşı həyata keçirə biləcəyi antiterror əməliyyatı da bu cür qaçışları intensivləşdirib:
“Onlar separatçı rejiminin qalıqlarına qarşı yaxın zamanlarda Azərbaycanın təmizləmə əməliyyatı aparacağını gözləyirlər. Məhz bu səbəbdən onların içərisində olan Rusiya vətəndaşları hədəf olmasınlar və Azərbaycan əsgərinin əlinə keçməsinlər deyə, Qarabağdan çıxarılır”.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan