Türkiyəyə dəhşətli isti dalğası yaxınlaşır

15:44 - 21 Avqust 2023 - GÜNDƏM

 Türkiyəyə dəhşətli isti dalğası yaxınlaşır

Türkiyəyə yeni isti dalğası yaxınlaşır, ölkənin bəzi bölgələrində havanın temperaturu mövsümi normadan 10 dərəcə yuxarı qalxacaq.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

“Ölkənin şərq və cənub-şərqində müşahidə olunan isti dalğaları digər rayonlarda da öz təsirini göstərəcək. Havanın temperaturu mövsümi normadan 10 dərəcə yüksək olacaq”, - məlumatda qeyd olunub.

Meteoroloqların bildirdiyinə görə, ən yüksək temperatur Diyarbəkir (41), Qaziantep (40) və Ədirnədə (38) qeydə alınacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol