Yunanıstan ukraynalı pilotlara təlim keçəcək - Zelenski

23:00 - 21 Avqust 2023 - GÜNDƏM

 Yunanıstan ukraynalı pilotlara təlim keçəcək - Zelenski

Yunanıstan ukraynalı pilotların F-16 qırıcılarının təlimində iştirak edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə bir neçə prioritet mövzunu müzakirə etdik. Mən döyüş meydanındakı vəziyyət, Rusiyanın zərbələri, qlobal təhlükəsizliyi və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək imkanlarımız haqqında məlumat verdim”, - prezident deyib.

Zelenski, həmçinin Yunanıstanın Baş naziri ilə Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol