Şəmkirdə həmkəndlilər arasında dava: bir nəfər bıçaqlandı

10:56 - 22 Avqust 2023 - GÜNDƏM

 Şəmkirdə həmkəndlilər arasında dava: bir nəfər bıçaqlandı

Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.

BUTA.TV xəbər verir ki, hadisə Mahmudlu kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü F.Alıyev mübahisə zəminində bıçaqlanıb. O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Ü.Paşayev hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol