Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Bildirilib ki, hələlik komissiyaya hər hansı bir dağıntı və xəsarət barədə müraciət olunmayıb.
Həmçinin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə bağlı müraciət daxil olmayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan