Xalq artisti və iş adamı Emin Ağalarov şəxsi biznesindən söz açıb.
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi “YouTube”da yayımlanan “Разборщик” (Sökücü) layihəsinə müsahibəsində təsisçisi olduğu “Sea Brezee” ailəvi-istirahət kompleksinə il ərzində suya xərclədiyi pulun məbləğini açıqlayıb.
“Burada su daşıyıcıları ilə bağlı problemləri həll etməyə çalışırıq. Bu həddən artıq çox puldur. Biz su alırıq. Alınan suya yay aylarında ayda təxminən 200-300 min dollar (340- 510 min manat) xərclənir. Bir ildə isə bu təxminən 1 milyon dollar ( 1,7 milyon manat) edir. Amma bu müvəqqətidir. Çünki bu ərazidə təkcə “Sea Brezee”də deyil, ümumiyyətlə, su və kanalizasiya da bu sahilə qədər uzanır. Müvafiq olaraq, gələn yaya qədər su və kanalizasiya mərkəzləşəcək”, - deyə Emin vurğulayıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan