Laçın yolu açıqdır. Ancaq Azərbaycan hökuməti yüklərin Ermənistandan Laçın yolu ilə deyil, Ağdam şəhərindən çatdırılmasını istəyir.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində bildirib.
O, Ağdamın tarixən Qarabağı Azərbaycanın digər əraziləri ilə birləşdirdiyini qeyd edib, həmçinin bu yolun daha az xərc tələb etdiyini və daha rahat olduğunu bildirib.
“Ermənilər niyə Ağdam yolundan istifadə etməkdən imtina edirlər? Çünki onlar reinteqrasiyaya deyil, separatizmə can atırlar, irredentizm axtarırlar və Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyirlər”, - deyə H.Hacıyev vurğulayıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan