Özbəkistan liderinin Azərbaycana səfəri başa çatdı

20:30 - 23 Avqust 2023 - GÜNDƏM

 Özbəkistan liderinin Azərbaycana səfəri başa çatdı

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin Azərbaycan Respublikasına dövlət səfəri avqustun 23-də başa çatıb.

BUTA.TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şövkat Mirziyayevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol