Təcili: Priqojin təyyarə qəzasında öldü - Video

21:38 - 23 Avqust 2023 - GÜNDƏM

 Təcili: Priqojin təyyarə qəzasında öldü - Video

Rusiyanın Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Rosavsiya" məlumat yayıb.

Qəza nəticəsində göyərtədə olan 10 sərnişinin hamısı ölüb. Onlardan 3-ü ekipaj üzvüdür.

Təyyarənin Moskvadan Sankt-Peterburqa uçduğu ehtimal edilir. Qəza Kujenkino kəndi yaxınlığında baş verib. Hazırda xilasedicilər axtarış aparır.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib ki, sərnişinlərin siyahısında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin də adı var. Onlar qəza ilə bağlı araşdırmaya başladıqlarını da vurğulayıblar.

Tver vilayətinin qubernatoru İqor Rudenya təyyarə qəzası ilə bağlı vəziyyəti nəzarətə götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Onlar hadisənin təfərrüatını müəyyənləşdirir, həmçinin ölənlərin sayını dəqiqləşdirirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol