Bayden Priqojinin qətlindən danışdı: Putin... – Video

01:18 - 24 Avqust 2023 - GÜNDƏM

 Bayden Priqojinin qətlindən danışdı: Putin... – Video

Mən dəqiq nə baş verdiyini bilmirəm, ancaq təəccüblənmədim.

BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Tver vilayətində təyyarəsinin qəzaya uğraması nəticəsində ölməsi haqda qeyd edib.

“Rusiyada Putinin arxasında olmadığı çox az hadisə baş verir. Amma dəqiq bilmirəm”, - Bayden bildirib.

Xatırladaq ki, 23 avqust axşam saatlarında “Vaqner” rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.

Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol