Priqojinlə birgə ölən vaqnerçilərin dosyeləri

11:02 - 24 Avqust 2023 - GÜNDƏM

 Priqojinlə birgə ölən vaqnerçilərin dosyeləri

Xəbər verdiyimiz kimi, ötən gün Moskvadan Sankt-Peterburqa uçan biznes-jetin Tver vilayətində qəzaya uğraması nəticəsində “Vaqner” rəhbəri Yevgeni Priqojin və daha 6 vaqnerçi, o cümlədən 3 ekipaj üzvü ölüb.

BUTA.TV xəbər verir ki, Priqojinlə birgə ölən vaqnerçilərin tərcümeyi-halından əsas məqamlar üzə çıxıb.

1. Valeri Çekalov - Priqojinin yaxın silahdaşlarından biri, Priqojinin xaricdə həyata keçirilən layihələr üzrə kuratoru, logistika şöbəsinin rəhbəri. O, bütün Suriya və Afrika layihələrinin bağlı olduğu “Europolis” MMC-nin təsisçisi olan “Neva” ASC-nin rəhbəri idi.

2. Dmitri Utkin - "Vaqner"in həmtəsisçisi və komandanlıq və döyüş hazırlığına cavabdeh, Priqojinin “sağ əli”, “Vaqner”də Priqojindən sonra əsas sima.

3. Yevgeni Makaryan – ləqəbi “Makar”. "Vaqner"in veteranlarından biri, əvvəllər polis olub. O, Suriyada döyüşüb və hətta 2017-ci ilin yanvarında Amerika təyyarəsi ilə qəzadan sağ çıxıb.

4. Sergey Propustin - Ləqəbi “Kedr”. 2015-ci ildən "Vaqner"də çalışırdı.

5. Aleksandr Totmin, ləqəbi "Tot".

6. Nikolay Matuseyev. Suriyada vuruşub, snayperdir.

Xatırladaq ki, ötən gün Moskvadan Sankt-Peterburqa uçan “Embraer Legacy 600” biznes təyyarəsinin qəzaya uğraması nəticəsində Priqojin də daxil olmaqla on nəfər həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol