“Trendyol” Azərbaycanda şirkət yaratdı

11:52 - 24 Avqust 2023 - GÜNDƏM

 “Trendyol” Azərbaycanda şirkət yaratdı

Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda şirkət yaradıb.

BUTA.TV xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Trendyol Azərbaycan MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189, nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İrəm Çağlı İlandildir. O, 6 ildən çoxdur ki, "Trendyol"da çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol