Reputasiyası düz iki ay əvvəl məhv olmuş və üsyana başlayan Priqojinin olduğu təyyarənin qəzaya uğramasını yalnız bir nəfər sifariş edə bilərdi.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“O, sözsüz ki, Putini qorxuya saldı. Putin isə psixotipinə əsaslanaraq müəyyən məmnuniyyət əldə etməli idi. Beləliklə, o, bunu öz üslubunda həyata keçirdi. Mesaj olaraq isə bildirdi ki, xəyanət edən hər kəs məhv ediləcək”, - Podolyak bildirib.
Qeyd edək ki, 23 avqustda Moskvadan Sankt-Peterburqa gedən biznes-jet Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 10 nəfərin hamısı ölüb. Ölənlər içərisində “Vaqner”in rəhbəri Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin də var.
Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan