"Embraer" şirkətindən Priqojinin təyyarəsi ilə bağlı açıqlama

22:46 - 24 Avqust 2023 - GÜNDƏM

ABŞ sanksiyalarından dolayı Braziliyanın “Embraer” şirkəti 2019-cu ildən bəri Yevgeni Priqojinin qəzaya uğrayan biznes təyyarəsinə texniki xidmət göstərməsini dayandırıb.

BUTA.TV “Röyter”ə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Bildirilib ki, şirkət Tver vilayətində “Legacy 600” təyyarəsinin qəzaya uğramasından xəbərdardır, lakin bu məsələ ilə bağlı əlavə məlumatı yoxdur və 2019-cu ildən bəri təyyarəyə texniki xidmət göstərmir.

"Embraer Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara əməl edib", - şirkət vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol