"İdman TV" "Qarabağ"ın matçını niyə yayımlamır? - Açıqlama

23:24 - 24 Avqust 2023 - GÜNDƏM

“İdman TV” “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.

BUTA.TV xəbər verir ki, kanal Feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”

Qeyd edək ki, ikinci hissəsi davam edən oyunda “Qarabağ” 2:0 hesabı ilə öndədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol