Təyyarə qəzasında həlak olan “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə bağlı maraqlı faktlar ortaya çıxıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə qruplaşmaya yaxın informasiya resursları yazıblar.
Bildirilib ki, son dərəcə ehtiyatlı insan olan Y.Priqojin səfərləri zamanı pilotlara marşrutu tez-tez dəyişməyi tapşırırmış. Belə ki, bəzən bir təyyarə ilə səfərə çıxar, digəri ilə qayıdarmış. Əksər hallarda uçuş marşrutu bir neçə dəfə dəyişdirilirmiş.
Üstəlik, hansısa bir hava limanını sifariş versə də, səlahiyyətli qurumlara xəbərdarlıq etmədən başqa bir əraziyə eniş etmək kimi imtiyazlara sahib olub. Bu, hətta üsyan cəhdindən sonra da belə idi.
Ancaq bu yaxınlarda vəziyyət dəyişib. Rusiyanın mülki aviasiya idarəsi və digər əlaqədar qurumlar Priqojinə məxsus təyyarələrin marşrutunu dəyişməsini qadağan edib.
Həmçinin bildirilir ki, Y.Priqojin hər bir uçuşdan sonra təyyarədə olan şəxslərin siyahısının məhv edilməsini istəyirmiş. Sözügedən vəziyyət də elə bu yaxınlarda aradan qaldırılıb və Y.Priqojinin imtiyazları ləğv edilib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan