Ukraynanın əks-hücum əməliyyatı uğurlu olsa da, qanlı, uzun və ləng gedir.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu mürəkkəb müdafiə sistemləri olan mina sahələri, tank xəndəkləri və "əjdaha dişləri" kimi tank maneələrini hazırlamaq üçün çoxlu vaxtı olan əhəmiyyətli Rusiya qüvvələri ilə üz-üzədir:
“Qanlı, uzun və ləng. Bunu bir neçə ay əvvəl demişdik. Ukraynalıların hələ də əhəmiyyətli döyüş gücü var, bu, son deyil və bunun uğurlu olub-olmadığını söyləmək hələ tezdir. Aydındır ki, bu günə kimi qismən uğur qazanılıb”.
Milli siyasi həllin müharibəyə son qoyacağını da istisna etməyib:
“Düşünürəm ki, bu, təxminən səkkiz həftədir davam edən hücumdur. Bu, çox qanlı, ləng, çoxlu qurbanlarla davam edir və çox çətindir. Ona görə də 200-300 min rus əsgərini hərbi yolla sıradan çıxarmaq çox çətin və məsuliyyətli olacaq. Bu vəziyyətdən çıxmağın başqa bir yolu da danışıqlardır və ola bilsin ki, bu da olacaq”.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan