Türkiyədə kağız fabrikində yanğın baş verdi

20:00 - 25 Avqust 2023 - GÜNDƏM

 Türkiyədə kağız fabrikində yanğın baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətində kağız istehsalı fabrikində yanğın baş verib.

BUTA.TV xəbər verir ki, hadisə bu gün axşam saatlarında müəssisənin tullantılar bölməsində baş verib.

Hadisə yerinə helikopter, təcili və təxirəsalınmaz tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol