Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda keçirilən “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında bildirilib.
Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat/saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.
Qeyd edildi ki, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 6,3 meqavat gücündə “Qamışlı” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi