Bəzi Rusiya KİV-lərinin “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinlə əlaqələndirdiyi ikinci təyyarənin qruplaşma ilə heç bir bağlılığı yoxdur.
BUTA.TV Konkret.az-a istinadən xəbər verir ki, bu barədə "Jetica" aviaşirkətinin baş direktoru Sergey Trifonov bildirib.
Əsasən “Vaqner” qrupunun “Gray Zone" Teleqram kanalı ilə əlaqəli olan Rusiya KİV-ləri RA-02748 nömrəli ikinci biznes-jeti muzdlu qruplaşma ilə əlaqələndirib və onun da qəza zamanı havada olduğunu bildirib.
Lakin təyyarənin operatoru Rusiyanın “Jetica” MMC şirkəti bu cür əlaqəni təkzib edir.
“Nə təyyarənin özü, nə də sərnişinləri “Vaqner”lə əlaqə saxlanılıblar və heç vaxt da onlarla bağlı olmayıblar”, – Sergey Trifonov bildirib.
Trifonov təyyarənin kimə məxsus olduğunu açıqlamaqdan imtina etsə də, bu hava gəmisinin icarəyə verilmədiyini diqqətə çatdırıb.
Xatırladaq ki, dünən Priqojinin ikinci “Embraer ERJ-135BJ” biznes-jetinin Bakıya enişi barədə məlumat yayılmışdı.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi