Şarl Mişel hər iki yolun açılmasını təklif etdi

16:46 - 1 Sentyabr 2023 - GÜNDƏM

 Şarl Mişel hər iki yolun açılmasını təklif etdi

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Laçın və Ağdam-Xankəndi yolu ilə Qarabağa lazımi malların çatdırılmasını təklif edib.

BUTA.TV xəbər verir ki, bu barədə Şarl Mişelin ofisindən yayılan bəyanatda qeyd olunub.

“Mövcud humanitar vəziyyət sürətlə pisləşir, yerli əhalinin tələbatını ödəmək üçün tədbirlər görmək vacibdir. Avropa Şurasının Prezidenti Şarl Mişel Laçın dəhlizinin tam fəaliyyətində ardıcıllığı və Ağdamdan marşrutun açılmasını əks etdirən mərhələli yanaşma təklif edib”, - bəyanatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol