Ermənistan 4 hərbçisinin məhv edildiyini, birinin yaralandığını rəsmi şəkildə təsdiqləyib. Məhv edilən erməni hərbçilərdən Andranik Antonyan Zəngibasar (Masis) rayonunun Yengicə (Norabats) kəndinin sakinidir. 40 yaşlı Andranik orduda xidmət etmir, sadəcə, 25 günlük təlim-məşq toplantısı adı altında çağırılıb. Məhv edilən 37 yaşlı Arsen Mkrtçyan da Zəngibasar rayonundandır, 25 günlük təlimə çağırılıb. Hər iki şəxs hazırda döyüşlərin baş verdiyi Göyçə mahalına (Basarkeçər rayonu) avqustun 15-də aparılıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.
“Bu, Ermənistanın təlim-məşq toplantısı altında canlı qüvvə topladığını və təxribata öncədən hazırlaşdığını təsdiq edir”, - o bildirib.
Qeyd edək ki, Ermənistan ordusunun bölmələri bu gün Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı təxribat törədib. Ermənilərin zərbə PUA-sı da tətbiq etməsi nəticəsində ümumilikdə 3 hərbçimiz yaralanıb.
Ordumuz cavab tədbirləri görüb.
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı